"Kimsə özünü sənə oxşadırsa..." - Xumar+fotolar

"Kimsə özünü sənə oxşadırsa..." -  Xumar+fotolar
3417 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xumar Qədimova "Xəzər" telekanalında yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, X.Qədimova qalmaqallardan uzaq olmasının səbəblərini açıqlayıb:

“Hər bir insan öz mahiyyətini ortaya qoyur. Bu da mənim yolumdur. Mən belə daha rahatam, xoşbəxtəm. İnsanlar məni bu cür qəbul edərək sevirlər. Mənə deyirlər ki, sən o birilərinə qoşulma, hər zaman belə qal. Sənətdə də, özünü təqdim etməkdə də fərqli olmaq lazımdır. Hamı kimi qalmaqallı olsan, kimə lazımsan?".

X.Qədimova onu təqlid edənlərin olduğunu deyib:

"Kənardan deyirlər ki, kimlərsə hərəkəti, danışığı ilə sizi təkrarlayır. Olsun, nəyi pisdir? Mən İncəsənət Universitetini bitirmişəm, müəllimə deyiləm. Amma öyrədə bilirəm. Kimsə səni təqlid edir, özünü sənə oxşadırsa, deməli, o adam sənə xidmət edir”.

Müğənni bacısı Matana bağlılığından danışıb:

“Mən Matandan böyüyəm, amma biz sanki əkizik. Allah bizi bir-birimizə çox görməsin. Otağımda uzanıb nəsə haqda düşünürəm. Birdən Matan gəlir və bu barədə sual verir. Bu, möcüzədir. Ürəyimdə mahnı düşünürəm, bir də görürəm Matan mətbəxdə həmin mahnını oxuyur. Bu, bağlılıq deməkdir. Əsas ruh bağlılığıdır. Bunun üçün əkiz olmaq vacib deyil. Onun gözəl ürəyi var. Söz verib ki, oxumayacaq. Əgər oxusa, məni "vuracaq". Arada yalandan deyirəm ki, oxu. Amma ürəkdən istəmirəm (gülür)”.

Veriliş ərəfəsində müğənniyə çiyələk formalı tort hədiyyə edilib. O, bu tortun “Bir də gəlməyəcək mənim tək qadın” mahnısının şərəfinə hazırlandığını bildirib:

“Nə gözəl... Burda çiyələk əbəs yerə deyil. Mahnımızın içində “Çiyələk ətirli qadın” ifadəsi var. Mahnının sözləri Rəşad Məcidə, musiqisi özümə aiddir”.

Foto: Ramin ASLANOV