"Həbsxana vətənimdən daha etibarlı yerdir" - Deniz Seki

"Həbsxana vətənimdən daha etibarlı yerdir" -  Deniz Seki
5484 dəfə oxunub
  • A-
  • A
  • A+
Cümhuriyyət Xalq Partisi müğənni Deniz Sekinin də yatdığı qadın həbsxanasını ziyarət edib. 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, CXP-nin yayımladığı mətndə Sekinin də sözləri yer alıb. İfaçı həbsxanadakı günlərini belə əks etdirib:

"Cəzaevi vətənimdən daha etibarlıdır. Nə edə bilərik ki? Bir şeylər etmək istəyirik. Gitar kursu alıram. 16 insanın yatdığı bir yerdə qalıram. İki kitab yazdım, 10 mahnı bəstələdim. Cəhənnəmdə cənnəti yaşayırıq. Burada kiçik hallardan xoşbəxt olunur. Böyük şeylərə qarşı dağ kimi dayanılır.

"Niyə buradayam?" deyə, düşünürəm. Tanımadığım insanlara toxunuram, ürəklərə girirəm. Burada özümü daha etibarlı hiss edirəm, Türkiyənin hər tərəfində etibarsızlıq var. Etibarsız bir dövlətdə yaşayırıq.

Buradakı darıxdırıcı məqamlardan biri də gecələri həkimlərin olmamasıdır. İstehsal edərək yaşayıram. Bununla həyat tapıram. Kimsə ölməsin, vətənimə heç nə olmasın, mən burada yatmağa razıyam".