Xalq artisti İlhamə Quliyevanın bu gün “Təzəpir” məscidində 40 mərasimi baş tutub.
Axşam.az-ın məlumatına görə, mərasimə qatılanlar arasında müğənni ilə illərdir küsülü olan aparıcı Sərxan Kərəmoğlu da yer alıb.
Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndə S.Kərəmoğlu vida mərasiminə gəlməmişdi. O, xalq artisti ilə aralarında baş verənləri belə şərh etmişdi:
“Mənə etdiyin haqsızlıqlara görə, sənə halallıq verirəm. Bakıda və İstanbulda min bir əziyyətlə qurduğum evlərimi sənin prinsiplərin uğrunda dağıtdım. Mənim adıma min cür sözlər qoşub dostlarımla aramı vurdun. Ən çətin zamanımda illər öncə idarə edəcəyim toyumdan sənə görə imtina etdilər, çörəyimdən oldum. Şou-biznesdə sənə görə, çox qapılar bağlandı, insanlar mənimlə düşmən oldu. Hansı kanala gedib, hansı verilişi aparırdım, zəng edib “Onu ordan qovun” deyirdin. Bizim aramızda danışıq olmuşdu, özünə demişdim ki, sən öləndə dəfnə gəlməyəcəm. Əgər mən ölsəm, sən gəlmə”.
Foto: Ramin ASLANOV