Goranboy istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid olan Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kənd sakini 40 yaşlı mayor Rasim Məmmədovun cənazəsi bu gecə Naxçıvan Beynəlxalq Hava Limanına göndərilib.
Axşam.az xəbər verir ki, hava limanında 5 mindən çox insan öz şəhidini qarşılamağa toplaşıb. 500-600 avtomobil karvanı şəhidin cənazəsini müşahidə edib.
Şəhidimiz doğulduğu Cəhri kəndində dəfn olunacaq.