Rəşid Behbudov adına Mahnı Teatrında cəbhədə qələbə qazanan Azərbaycan ordusuna dəstək məqsədilə tədbir keçirilib.
Axşam.az xəbər verir ki, mərasimdə ilk olaraq vətən uğrunda şəhid olan Azərbaycan oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Mahnı Teatrının direktoru Kazım Qasımov aprelin 2-dən etibarən, Ermənistan Silahlı Qüvvələrinin bütün cəbhə boyu Azərbaycanın mövqelərini, yaşayış məntəqələrini intensiv atəşə tutmasından, bəzi ərazilərin geri qaytarılmasından danışıb.
Əməkdar artistlər İlqar Muradov, Loğman Kərimov, Aybəniz Haşımova, aşıq Əli Tapdıqoğlu və digərləri ermənilərin vəhşiliklərindən danışıblar.
Tədbirə qatılanlar arasında müğənni İlhamə Qasımova da yer alıb.