Heydər Əliyev Sarayında mərhum bəstəkar Emin Sabitoğlunun xatirə gecəsi keçirilib.
Axşam.az-ın məlumatına görə, “Emin Sabitoğlunun musiqi dünyası” adlı gecədə xalq artistləri Flora Kərimova, Aygün Bayramova, Ənvər Sadıqov, Heydər Anatollu, Gülyanaq və Gülyaz Məmmədovalar, əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, Aşıq Samirə, müğənnilər Natəvan Həbibi, Samir Piriyev, Günay İbrahimli, Mirkamil Kamilov, Elçin Cəfərov və “Şeron” vokal qrupu bəstəkarın mahnılarını ifa ediblər.
Konsertdə ilk olaraq şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdən əldə olunan vəsaitin bir qismi Silahlı Qüvvələrin Yardım Fonduna köçürüləcək.
Foto: Ramin ASLANOV