Tanınmışlar mükafatlandırma mərasimində - fotolar

Tanınmışlar mükafatlandırma mərasimində -  fotolar
12969 dəfə oxunub
  • A-
  • A
  • A+

"Most Fashionable Awards" mükafatlandırma mərasiminin finalı baş tutub.

Axşam.az-ın məlumatına görə, gecənin aparıcılığını Samir Bayramlı və "İşte benim stilim" yarışmasının azərbaycanlı iştirakçısı Sima Şərafətdinova edib. Mərasimdə ilk olaraq himnimiz səsləndirilib, şəhidlər yad edilib. Daha sonra xaricdən dəvət olunan modellər podiumda yerli modellərlə birgə şou göstəriblər.

Bu ildən etibarən dünyanın bir çox yerində keçirilən "Most Fashionable Awards Ceremony"nin namizədləri arasında müğənnilər, aparıcılar, aktyorlar, dizaynerlər, idmançılar, stilistlər, iş adamları, modellər, müxtəlif biznes sektorunun nümayəndələri yer alıb.

"İlin ən yaxşı aktrisası" xalq artisti Məleykə Əsədova, "İlin ən yaxşı müğənnisi" Faiq Ağayev, "İlin ən yaxşı məşqçisi" nominasiyasını isə Kamil Zeynallı alıb.

Foto: Rüstəm Fərman