Qəhrəman şəhidlərimizin vida mərasimi keçirilir - fotolar

Qəhrəman şəhidlərimizin vida mərasimi keçirilir - fotolar
3339 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasia zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olmuş qəhrəman pilotlarımız - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılovla və düşmənlə döyüşlərdə qəhrəmanlıqla həlak olmuş digər hərbçimiz - Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenatı polkovnik-leytenat Murad Mirzəyevlə bu gün vida mərasimi keçirilir.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, mərasim Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təşkil olunub.

Mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.