"Azərbaycanlılardan çox ziyan görmüşəm" - Sima+fotolar

"Azərbaycanlılardan çox ziyan görmüşəm" -  Sima+fotolar
13223 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı model Sima Şərafətdinova bir neçə günlük Bakıya gəlib.

Axşam.az-a açıqlama verən model çəkildiyi "Türk lokumu” filmindən və qalasından danışıb:

“Filmin qala gecəsi izdihamla keçdi. Mənim pərəstişkarlarım çoxdur. Gecəyə də hamıdan çox onlar gəlmişdi. Bu yaşımda bu qədər fanat qazanmaq böyük uğurumdur. Gələnlər filmi çox bəyəndi, sona qədər oturub izlədilər. Hər kəs də ən çox məni bəyəndiyini deyib. Bakıda mayda qala olacaq və nümayişə başlayacaq. Çox təkliflər alıram. Bir filmə çəkiləcəm. Telelayihələrdə isə qonorar baxımından razılaşmıram. Mən yalnız səviyyəli verilişlərə çıxıram”.

Sima bundan sonra heç bir yarışmaya qatılmayacağını bildirib:

“19 yaşım olacaq. Bundan sonra özümə yaraşdırmaram ki, hansısa yarışmada iştirakçı olum. Türkiyədə yarışmaçı kimi qalmaq fikrim yoxdur. Tanınmış aktyorlarla eyni filmdə çəkildim. Bunlar mənim üçün böyük uğurlardır”.

S.Şərafətdinova “İşte benim stilim” yarışmasının sonuncu buraxılışında yer alan azərbaycanlı Ayşən Ocaqverdiyevadan da söz açıb:

“Onun çıxışını bir az saytdan izlədim. Həmin an yanımda olan dostuma dedim ki, inanmıram böyük nəsə etsin. Məndən əvvəl də yarışmaya çıxan həmyerlilərimiz oldu. Amma hamı da deyir ki, Sima kimi nəsə edən olmadı. Həqiqətən də baxıram izləyici kütləsi, dəstəkləyən insanlar azdır. Reytinqi ölmüş yarışmaya çıxmasının mənası yox idi. O layihədə mənə haqsızlıqlar edildi. Ona görə də bu gün reytinqləri düşüb”.

Model Azərbaycanda da təkliflər aldığından xəbər verib:

“Bakıdan film və moda gecələrinə təklif gəlmişdi. Azərbaycanda bəzi modelyerlər və rejissorlar var ki, mənim reklamımdan yararlanmaq istəyirlər. Buna heç vaxt imkan vermərəm. Əgər həqiqətən də əməyimə qiymət verilsə, büdcəsiz layihəyə qatılaram. Onsuz da Türkiyədən aldığım qonorarları buradakılardan gözləmirəm”.

Sima bir ara onu yarışmada bəzəmək üçün Türkiyəyə yollanan stilist Anar Ağakişiyevdən gileylənib:

“Anar saçımı düzəltdi və makiyaj etdi. Sonra gedib haqqımda pis danışdı. Azərbaycanlılardan çox ziyan görmüşəm. Bunları heç vaxt danışmıram. Onun etdiyi ayıb idi. Yarışmaçıların hamısına dedi ki, Sima məni burada özü axtarıb tapıb. Başqa profillərdən orada olan qızlara yazdırırdı ki, gedin yarışmada Simanın üzünə bunları vurun. Bir azərbaycanlıdan belə addım görmək məni üzdü”.

Foto: Rüstəm Fərman