“Sankt-Peterburqda aktyorluq təhsili almaq istəyirəm. Hazırda danışıqlar gedir. Elə bir yaşdayam ki, gecikirəm. Ona örə də sürətli addımlarla irəliləməyə çalışıram”.
Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı-aktyor Şəhriyar Əbilov deyib. O, rol aldığı “Mən klounam” filmindən danışıb:
“40 yaşım olanda da deyəcəm, cavanam, hər şey edəcəm. Azərbaycana təbliğat lazımdır. Aktyorumuz, müğənnimiz, iş adamımız nə qədər çox olsa yaxşıdır. “Mən klounam” filmi hazırdı. Düşündüyümüzdən yaxşı alınıb, hamını ağladacaq. Kənan M.M. dediyi kimi, "dəsmal götürün gəlin". Çox təsirli statlar var. Nə qədər komediya olar. Bir az da tamaşaçını düşündürmək lazımdır. İstəyirəm ki, vətənpərvərlik mövzusunda filmlər olsun və mən orada bir qəhrəmanı canlandırım”.
Ş.Əbilov mağaza biznesini dayandırdığını bildirib:
“Əgər maddi vəziyyətim yaxşılaşsa, sentyabrda davam edəcəyəm. Olmasa, bir az da uzanacaq. Biznesimin siması özüm olacam. Dəbi diqtə edən insanam, niyə başqasını seçim ki?”
FOTO: Rüstəm Fərman