Erməni silahlı bölmələrinin döyüş meydanında atıb qaçdığı döyüş vasitələri ələ keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Axşam.az-a verilən məlumata görə, düşmən ordusunun döyüş meydanında atıb qaçdığı silah-sursat, gecəgörmə cihazları, döyüş sənədləri, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.