Bakıda iş adamları bu partidə bir araya gəldilər - fotolar

Bakıda iş adamları bu partidə bir araya gəldilər - fotolar
7477 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən "Flame Towers Fairmont" otelində 3-cü açıq “Business Party” keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirin əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən insanların birbaşa ünsiyyət aktivliyini təmin etmək və komfortlu şəraitdə yeni ideyaların, birdə çalışaraq perspektivli  layihələrin yaranmasına kömək etməkdir.

Bu dəfə “İmkanlar Kainatı” mövzusu ilə spiker Kənan Rəhimov çıxış edib.

Seminar zamanı insanın fərd və cəmiyyət olaraq hansı imkanları əldə edə biləcəyini, geniş mənada Azərbaycan şirkətlərinin dünya bazarına ixracat istiqamətində tuta biləcəyi effektiv “Made in Azerbaijan” strateji prinsipləri səsləndirilib.

“Ragimoff Coaching” şirkəti tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın ən qabaqcıl şirkətlərinin rəhbər nümayəndələri, rəsmi dövlət orqanlarının nümayəndələri, xarici şirkətlərin rəhbərləri, eləcə də marketinq, satış, insan resursları üzrə departament rəhbərləri, kiçik sahibkarlar, müxtəlif profilləri üzrə peşəkarlar iştirak ediblər.

Foto: Ramin ASLANOV