Dubayda ispan memar Santyaqo Kalatrava dünyanın ən hündür binasının dizaynını hazırlayıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, binanın dəqiq hündürlüyü hələ ki göstərilməyib. Santyaqonun fikrincə, bu "Burc-Xəlifə"dən (828 metr) bir qədər hündür olacaq. Yeni qüllə Dubay limanında tikilən komleksin bir hissəsi olacaq.