Əməkdar artist Elza Seyidcahan yeni fotosessiya edib.
Axşam.az-ın məlumatına görə, o, bu dəfə avanqard tərzdə olan şlyapası ilə seçilib. Elza geyimi haqda bunları deyib:
"Fərqli geyiməyi sevirəm. Bu şlyapamın sorağı okeanın o tayına da gedib. Mənə zəng vurub bəyəndiklərini dedilər. Yeni modelyerlə çalışıram. Yaxın günlərdə fərqli libaslarımı görəcəksiniz".