Cəbhəboyu kəndlər minadan təmizlənir - video

Cəbhəboyu kəndlər minadan təmizlənir - video
767 dəfə oxunub
  • A-
  • A
  • A+
Hazırda xüsusi təlimatlı mobil çevik əməliyyat qrupları Füzuli, Ağdam, Goranboy və Tərtər rayonları ərazisində partlamamış silah-sursatların təmizlənməsi işlərini həyata keçirir.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı məlumat verib.

O qeyd edib ki, təmizləmə cəbhəboyu ərazilərdə yerləşən 29 kəndin ərazisində aparılır:

"Bu gün biz Tərtər rayonunun Qarağacı, Qapanlı və digər kəndlərinin ərazisinin partlamamış silah-sursatlardan təmizlənməsi işlərini aparırıq. Axtarışlar zamanı 10-a qədər partlamamış hərbi sursat götürülərək mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib".

ANAMA-nın əməkdaşı bildirib ki, əməliyyat axtarış tədbirləri davam etdirilir:

"Daha çox Tərtər rayonunun Qapanlı kəndi ermənilər tərəfindən atılan hərbi silah-sursatların çirklənməsinə məruz qalıb".