Kənan M.M.-in "Qayıdış"ı - fotolar

Kənan M.M.-in "Qayıdış"ı - fotolar
8955 dəfə oxunub
  • A-
  • A
  • A+
Nizami Kino Mərkəzində rejissor Kənan M.M.-in “Qayıdış” filminin qala gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, gecədə filmin çəkiliş heyəti iştirak edib. Filmindən danışan Kənan sənətə gəlməsində ona dəstək olanlara təşəkkürünü bildirib:

“Rejissor olacağıma ilk inananan Münəvvər müəliməmə; ilk dəfə kamera qarşısına çəkdiyi reklamla çıxdığım Rövşən İsaqa; Elxan Cəfərova; Eldar Quliyevə; klip çəkmək üçün mənə stimul verən Ülviyyə Könülə, Aqil M.Quliyev və Fuad Əlişova; bir neçə il bundan qabaq kanallarda özümə iş tapa bilmədiyim üçün həvəsdən düşərək Bakını tərk edərkən biletmi cıran Zövqü Quliyevə təşəkkürümü bildirirəm”.

Daha sonra “Qayıdış”ın ssenari müəllifi İlqar Fəhmi çıxış edib:
 
“Bu, Kənanla bizim artıq neçənci işimizdir. Hesab edirəm ki, rejissor ilk növbədə daxilən şair olmalıdır. Kənanın şeirlərini oxuyanda ürəyimdə şükür edirdim ki, nə yaxşı ki, Kənan şair olmayıb, yoxsa çörəyimizi əlimizdən alardı. Məhz bu filmdə maksimum dərəcədə çalışdıq ki, poetikanı ortaya qoyaq. Operatorumuz Nadir müəllimə təşəkkür edirəm ki, həmin poetikanı bizə verə bilib. Aktyorlarımıza minnətdaram. Hesab edirəm ki, bu film əvvəldən axıra kimi bir şeirdir. İnanıram ki, işlərimiz bu cür də davam edəcək”.

Daha sonra filmin aktyorları Günəş Mehdizadə, Anar Heybətov çıxış edərək əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Qayıdış”da aktyorlar Anar Heybətov, Günəş Mehdizadə, Samir Qulamov rol alıblar. Operatorluğunu Nadir Mehdiyevin etdiyi ekran işinin bəstəkarı Nailə Mirməmmədlidir.

Foto: Nəriman İSMAYILOV