"Barselona" futbol klubunun "Atletiko Madrid"ə məğlub olaraq Çempionlar Liqasından uzaqlaşmasının ardından futbolçu Kriştiano Ronaldonun bacısı onlara söz atıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Real Madrid"li ulduzun bacısı Katia Aveyro Tvitterdə "Real"In formasını geyinərək çəkdirdiyi fotonu paylaşıb. "Barselona"nın məğlubiyyətindən sonra "hər şey bir saniyədə dəyişə bilər, bu idmandır. Bu gün qələbə, sabah isə kədər günüdür" yazması Katalon klubunun tərəfdarlarını əsəbiləşdirib.
O, ilk qoldan əvvəl Jerard Pikenin yıxılmasını da unutmayaraq qeyd edib:
"Hər şey səninlə başladı. Çempionlar Liqası üçün proqnozun var?"
Qeyd edək ki, müğənnilik edən Katia açıq-saçıq fotoları ilə də gündəmə gəlir.