Sənubər İsgəndərlinin formada qalmağının sirri - fotolar

Sənubər İsgəndərlinin formada qalmağının sirri - fotolar
6502 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Sənubər İsgəndərli tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az-a açıqlama verən aktrisa "Niyə sizi filmlərdə görmürük" sualına belə cavab verib:

"Bizim sənətimiz asılıdır. Rejissor bizi görüb çəkməlidir. Mənim gedim hansısa rejissora özümün müraciət etmək kimi adətim yoxdur. Məni tanıyırlar. Məsləhət biləndə çəkəcəklər".

ATV-də yayımlanan "Dəfnə ağacı" serialından danışan S.İsgəndərli onun çox uğurlu olduğunu bildirib:

"Serialın çəkilişləri gözəl gedir. Bu qədər uğurlu olacağını gözləmirdim. Serial özü real həyatdandır".

S.İsgəndərli formada qalmağının sirrini açıqlayıb:

"Özəl sirrim yoxdur. Tək sirrim odur ki, bütün günü idman edirəm, yeməyimə fikir verirəm, vaxtında yatıram. Üzümə qulluqlar edir, kosmetoloq yanına gedirəm".

Foto: Nəriman Rüstəm