"Sovetski"nin bəzi hissələrində bu binalar tikiləcək - fotolar

"Sovetski"nin bəzi hissələrində bu binalar tikiləcək - fotolar
2509 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Səbail rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
 
Axşam.az-ın məlumatına görə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edərək bildirib ki, rayon ərazisində genişmiqyaslı tikinti işlərinin həyata keçirilməsi istiqamətində artıq bu istiqamətdə xeyli iş görülüb, 9-dan çox layihəyə baxılaraq təsdiq olunub və bu proses davam edir:

“Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir. Bu işlərin həyata keçirilməsi ilə bir sıra istehsal sahələrinin bu layihələrə cəlb olunması, yeni iş yerlərinin açılması və ən əsası sakinlərimizin işlə təminatı məsələləri öz həllini tapacaq. Artıq tikinti sektorundakı işlərə maraq xeyli artıb. Bu da ölkədə gedən islahatlarla birbaşa bağlıdır”.
 
Qeyd edilib ki, RİH tərəfindən Badamdar qəsəbəsində yeni «Abad məhəllə» istifadəyə verilmiş, «Şıx» ərazisindəki dağ massivində 50 ha sahədə “Ekoloji park”ın yaradılması işləri davam edir. Hazırda bu ərazidə 50 min ədəd ağac əkilib və onlara gündəlik qulluq göstərilir.

Hazırda Dövlət Proqramına uyğun olaraq  Badamdar qəsəbəsində 3 ədəd yeni su anbarlarının tikintisi və qəsəbədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam edir.