Fatimə xəz mağazası açıb? - fotolar

Fatimə xəz mağazası açıb? -  fotolar
6238 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva xəz-dəri mağazası açması ilə bağlı xəbərlərə münasibət bildirib.

Axşam.az-a açıqlama verən sənətçi bu biznesin ona yox, anasına məxsus olduğunu deyib:

"Anam 25 ildir xəz-dəri satışı ilə məşğuıldur. Bu sahədə əsl biznes ledidir. Azərbaycanda xəz satan yox idi, anam gətirirdi. Sonradan bu brend xəzlər gəldi, anamın biznesi iflasa uğradı. Amma yenə də tanıdığı insanlar var ki, ondan alırlar. Mən görüb, seçilən ailədən olmuşam. Yunanıstanda 30 dəfə olmuşam. Bütün kəndlərini qarış-qarış gəzmişəm. Xəzin saxta və təmiz olduğunu uzaqdan seçirəm. O vaxtlar anam evdə satış edirdi. Qəzetə reklam verməklə gündə 10 kürk satırdım. Xanımlar gəlirdi, geyinib onlara bəyəndirirdim. İndi öz qarderobumda da saxta kürk var. Azərbaycanda heç kimdə olmayan xəzi ilk mən geyinmişəm".

Foto: Nəriman İsmayılov