Heydər Əliyev Sarayında tanınmış və gənc yerli caz ifaçılarının konsert proqramı keçirilib.
Axşam.az-ın məlumatına görə, “jAzzeri Bands” caz musiqisi axşamında əməkdar artisti Rəşad Haşımovun rəhbərliyi ilə “Rast” qrupu, Vlada Axundova, Excellent Music Band, Rilaya, Fusion Band, Leyla Kafari, Seven Band, Aysel Mamedova, AcidPiano Band, Mikayıl Rəfiyev və Jazzer Band (instrumntal qrup) iştirak edib.
Aparıcılığını Rahib Azərinin etdiyi gecədə müğənnilər caz ustalarının əsərlərini səsləndiriblər.