Rəqqasə Fatimə Fətəliyeva vətənpərvərlik mövzusunda yeni layihə hazırlayır.
Axşam.az-ın məlumatına görə, sənətçi “Laçın” adlı kompozisiyaya rəqs edib və klip çəkdirdiyini bildirib:
“Bu yaxınlarda bir neçə sənətçilərlə cəbhə bölgəsinə getdik, əsgərlərimizə baş çəkdik. Onların vətənin keşiyində necə durduğunu görüb, özüm-özümə sual verdim ki, bu anda mən vətənim üçün nə edə bilərəm? Düşündüm ki, rəqqasə olaraq bir rəqs hazırlayım, layihə kimi təqdim edim. Bu hisləri daxildən yaşadığım üçün istəyimi reallaşdırdım. Cəbhə bölgəsindən qayıdan kimi müəllimim Fərhad Vəliyevə müraciət etdim. Belə bir istəyimin olduğunu dedim, razılaşdı. Tez bir zamanda Əlixan Səmədovun repertuarından “Laçın” adlı kompozisiyaya rəqs qurduq. Bu işi layihə şəkilində təqdim edəcəyəm. Artıq rejissor Nail Naiboğlu ilə klip çəkilişlərinə də start vermişik. Klipin montaj işləri gedir. Yaxın günlərdə bu klipə mətbuat konfransı keçirəcəyəm. Təqdimata şou-biznes ulduzlarını dəvət etməyəcəyəm. Yalnız jurnalistlər olacaq”.