Lətifə Həştərxanda festivala qatılıb - fotolar

Lətifə Həştərxanda festivala qatılıb -  fotolar
2110 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Filarmoniyasının solisti, müğənni Lətifə Soyuöz Həştərxanda keçirilən festivala qatılıb.

Axşam.az-a açıqlama verən ifaçı festivalla bağlı fikirlərini bölüşüb:

“Festival Rusiyadakı Azərbaycan Gənclər Təşkilatı (AMOR) tərəfindən keçirilib. Mənə təşkilatın Həştərxan rəhbəri Elvin Hüseynov tərəfindən dəvət gəldi. “Premiya Kaspiy 2016” adı altında keçirilən tədbirdə bir çox dövlətlərin nümayəndələri iştirak edirdi. Çox şadam ki, Azərbaycanı təmsil etmək mənim payıma düşdü.

AMOR artıq 5 ildir ki, Həştərxanda fəaliyyət göstərir. Gənc olmağına baxmayaraq böyük uğurlar qazanıb”.

L.Soyuöz festival zamanı mükafatla təltif olunduğunu da vurğulayıb:

“Yaxşıların yaxşısı olan “Premiya Kaspiy 2016” mükafatına və təşəkkürnaməsinə layiq görüldüm. Səfər zamanı bir çox yerləri ziyarət etdim, çoxlu dostlar qazandım, gözəl ailələrlə tanış oldum. Diasporun üzvü olan aslan müəllim və ailəsi bizə qayğı göstərdi. Həştərxan gözəl şəhərdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü ilə Həştərxanda salınan Heydər Əliyev parkında olduq. Ölkəmizə aid olan bir məkanı əcnəbi ölkədə görmək qürurvericidir. Səfər zamanı orada keçirilən Novruz şənliyinə də qatıldıq. Bütün türk dövlətlərinin nümayəndələri bu festivalda iştirak edirdi. Ən gözəl çıxış Azərbaycana məxsus oldu”.