İradə İbrahimova arıqlamağından və oğlundan danışdı - fotolar
Ölkə
14:08 / 21.04.16
13316dəfə oxunub
A-
A
A+
Bir neçə günlük Bakıya gələn müğənni İradə İbrahimova fotokameramız qarşısına keçərək, şəkillər çəkdirib.
Axşam.az-a açıqlama verən ifaçı oğlu Əli dünyaya gəldikdən sonra sürətlə əvvəlki çəkisinə qayıtdığını bildirib:
“Hamilə qalanda 53 kiloqram idim. Sona kimi 67 kiloqrama qalxdım. Hazırda 57 kiloqramam. Çalışıram 54-53 olum. Bu 7 ay ərzində yaxşı arıqladım. Uşağa süd verməyin də köməyi oldu. Çünki çoxlu su içirəm, bu da çəki atmağıma gətirir. Əli ilə çox maraqlanıram, baxıcısı var. Amma gecələr özüm durub nəzarət edirəm. Hətta Bakıya gəlməzdən əvvəl uşaqların yeməklərini bişirib qoydum. Çünki duzsuz, yağsız olmalıdır”.
Qeyd edək ki, uzun müddətdir İstanbulda yaşayan və türkiyəli iş adamı Ceyhun İzərlə ailə quran İ.İbrahimovanın bir qız övladı da var.