Emin kimsəsiz uşaqlar üçün böyük məbləğ xərclədi - fotolar

Emin kimsəsiz uşaqlar üçün böyük məbləğ xərclədi -  fotolar
3012 dəfə oxunub
  • A-
  • A
  • A+
Moskvada “Evropeyskiy” adlı konsert salonunda xeyriyyə tədbiri baş tutub.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, gecədən əldə olunan gəlir valideyn himayəsindən məhrum olan körpələrə verilib.

Mərasimdə Rusiya estradasının tanınmış simaları, eləcə də azərbaycanlı ifaçı Emin Ağalarov da iştirak edib. O, sevilən mahnılarını səsləndirib. Gecədə müxtəlif hərraclar keçirilib. 

Amerika rinqinin çempionu, məşhur musiqiçi və aktyor Roy Consun əlcəkləri da hərraca çıxarılıb. Emin və Timati həmin əlcəklərə 500 min rubl veriblər.

Konsertdən 12 milyon rubl əldə olunub.  Bütün məbləğ xeyriyyə məqsədilə istifadə olunacaq.