Barak və Mişel Obama kraliça ilə görüşdə - fotolar
Xəbər
21:41 / 22.04.16
4208dəfə oxunub
A-
A
A+
Böyük Britaniya kraliçası II Yelizavetanın ad günü təbrikləri davam edir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kraliçanı rəsmi təbrik edənlər sırasında bu dəfə ABŞ prezidenti Barak Obama ilə xanımı Mişel Obama olub. II Yelizavetanı təbrik etmək üçün Böyük Britaniyaya yollanan prezidentlə xanımı Vindzor sarayında çay süfrəsinə qonaq olublar. Qonaqları kraliça ilə yanaşı, həyat yoldaşı, Edinburq hersoqu Filipp də qarşılayıb.
Qeyd edək ki, Mişel Obama kraliça ilə görüşə “Oscar de la Renta”dan bənövşəyi rəngdə libasda yollanıb. Bunu ötən gün dünyasını dəyişən müğənni Prinsin xatirəsinə ehtiram əlaməti kimi də qəbul ediblər. Belə ki, prinsin ən məşhur albomlarından biri məhz “Purple Rain” (“Bənövşəyi yağış”) adlanır.