"Həyat yoldaşıma Bakını gəzdirdim" - Oleq Qazmanov

"Həyat yoldaşıma Bakını gəzdirdim" -  Oleq Qazmanov
2435 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın xalq artisti Oleq Qazmanov “Moskva-Baku” saytına açıqlama verib.

Axşam.az-ın məlumatına görə, müğənni Azərbaycanın paytaxtı Bakı ilə bağlı təəssüratlarını bölüşüb:

“Həyat yoldaşım Marina çoxdandır Bakıya getmək istəyirdi. Qastrol zamanı mənimlə birlikdə getdi. Bakıda olmağı çox sevirəm, əsasən də oradakı insanları xoşlayıram. Çox mehriban olurlar. Bakıda olanda daim gəzmək və gülmək istəyirəm.

Səfər zamanı həyat yoldaşıma İçərişəhəri, Qız qalasını, “Brilyant əl” filminin çəkildiyi yeri göstərdim. Bakıya tez-tez getmirəm. Bura həm də peşəkar musiqini sevir. Bakı – Müslüm Maqomayevin, Vaqif Mustafazadənin şəhəridir. Bu dahi pianoçunu şəxsən tanıyırdım”.