AST Telmanın keçmiş otelində 10 milyonluq hindli toyu - fotolar

AST Telmanın keçmiş otelində 10 milyonluq hindli toyu - fotolar
9323 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın məşhur hindli iş adamlarından sayılan Qupta ailəsinin oğlu Kamal Qupta evlənib.
 
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, milyarderin oğlu digər hindli iş adamının qohumu Palakla ailə qurub. Dəbdəbəli toy mərasimi Antalyada Mardan Palace Hoteldə baş tutub.

3 gün 3 gecə davam edəcək məclisin xərci 10 milyon avro dəyərində ölçülür. 23-26 aprel tarixlərində keçirilən mərasimdə hind adət-ənənələrinin yerinə yetirilməsi ilə yanaşı, xüsusi gecələr də təşkil olunub. Təşkilatçılar və otel işçiləri ilə birlikdə dünyanın diqqətinin toplaşdığı toy üçün 600-dən çox insan əmək sərf edib.
 
Kamal Qupta ilə Palakın üzüktaxma mərasimində cütlüyün üzüyü paraşütlə endirilib.

Otelin Avropanın ən böyük, 16 min kvadratmetrlik ərazidə yerləşən hovuzunun üzərində xüsusi platforma düzəldilərək səhnələr qurulub.

Toyun qala gecəsi bu axşam keçiriləcək. Gecədə 100-dən çox Bollivud ulduzu səhnəyə çıxacaq.

Qeyd edək ki, Mardan Palace Hotel vaxtilə azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub. İş adamı müflis olduqdan sonra oteli dəyərindən çox ucuz - 130 milyon dollara satmaq məcburiyyətində qalıb.