Əməkdar artist Röya Ayxan Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, müğənni qitə birinciliyində millimizə uğurlar arzulayıb.
Qeyd edək ki, R.Ayxan mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın səfiri seçilib.