"Həyatdan bezəndə evlənəcəm" - Cavid

"Həyatdan bezəndə evlənəcəm" -  Cavid
2703 dəfə oxunub
  • A-
  • A
  • A+
“Hələ cavanam, yaşamaq istəyirəm. Ona görə də evlənmək fikrim yoxdur. Yaşım çatanda, həyatdan bezəndə, evlənəcəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Cavid Gül deyib.

O, həyatını subay olaraq davam etdirmək istədiyini bildirib:

“Çoxu bilmir evlənəndə onları nə gözləyir. Ətrafımdakı insanları, boşanmaları görürəm, bu səbəbdən evlənmək istəmirəm”.

Bir müddət əvvəl mebel biznesinə girən aparıcı işlərinin necə getdiyindən söz açıb:

“Əladır desəm, yalan olar. Orta səviyyədə davam edir. İflasa uğramamışam. Çünki böyük yatırım etməmişdim”.

Foto: Ramin ASLANOV