"Türklər məni çox təəccübləndirdi" - fotolar

"Türklər məni çox təəccübləndirdi" -  fotolar
4604 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı-aktyor İslam Mehrəliyev Türkiyədəki pərəstişkarlarının sayının günü-gündən artdığını deyib.

Axşam.az-a açıqlama verən aktyor “Ben bilmem eşim bilir” verilişində iştirak etməyin ona uğur gətirdiyini bildirib:

“Verilişi 4 dəfə təkrar veriblər. Maqazin proqramlarında da mənimlə bağlı süjetlər hazırlanıb. Orada artıq tanınıram. Türkiyədən o qədər sevənim mesaj yazır ki... Hətta bu yaxınlarda Almaniyaya getmişdim. Oradakı türklər məni görəndə elə qarşılayırdılar ki, özüm təəccüblənirdim”.

İ.Mehrəliyev fəliyyətini qardaş ölkədə davam etdirmək istədiyini bildirib:

“Təklif gəlsə, sevinərəm. Zarafatlarımı türklər başa düşür, qəbul edir. Tamaşaçılar məni orada görsə, təəccüblənməsinlər”.

Foto: Ramin ASLANOV