Şəhriyarın 600 manatlıq geyimi - fotolar

Şəhriyarın 600 manatlıq geyimi -  fotolar
3251 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Şəhriyar Əbilovun rol aldığı “Kloun” filminin qala gecəsi təxirə salınıb.

Axşam.az-a açıqlama verən aktyor bunun səbəbini açıqlayıb:

“Filmimiz dram janrındadır. Yay ərəfəsində bu tip film təqdim etmək riskdir. Həm də bu yaxınlarda "Pərdə”, Günay İbrahimlinin və Kənan M.M.-in filmi təqdim olundu. Biz də öz ekran işimizi verək, izləyici azalsın. Dost-dosta bunu etməz. Ona görə də təqdimatı oktyabra saxladıq. Payızda insanlarda tənhalıq hissi yaranır, romantik olur. Onda maraqlı olacaq”.

Geyimlərindən danışan Ş.Əbilov paltarlarının qiymətini açıqlayıb:

“Bahalı geyinməyə ehtiyac yoxdur. Adi türk brendini alıb, geyinib, dəbli görünmək mümkündür. Hazırda əynimdəki kostyumumu 400, ayaqqabımı isə 200 manata almışam. Qalstuk isə hədiyyədir”.

Foto: Ramin ASLANOV