Elçin küsülü olduğu aktyorla belə qucaqlaşdı - fotolar

Elçin küsülü olduğu aktyorla belə qucaqlaşdı -  fotolar
5232 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elçin Cəfərov yenicə barışdığı aktyor Elşən Orucovla birlikdə fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-a açqılama verən ifaçı 2 ildir küsülü olduğu dostuna barışıq addımını özünün atdığını deyib:

“Barışıq toyumda oldu. Mən hər zaman barışıq tərəfdarı olmuşam. Küsülü qalmağı sevmirəm. Bilmirik ki, sabah başımıza nə gələcək. Fərqi yoxdur pis kimdir, əsas barışıqdır. Bu Allaha da xoşdur. Çox sevindim ki, dəvət etdiyim insan toyuma gəldi, qarşıma keçib, qol açıb oynadı. Ürəyim açıldı”.

E.Cəfərov toyunda dəvətsiz qonaqların da çox olduğunu etiraf edib:

“Dəvətsiz gələnlər arasında pərəstişkarlarım da oldu. Gəlib şəkil çəkdirib getdilər. Elə qonaq da var idi ki, dəvət etdim, amma gəlmədi. Heç kimdən incimirəm, hamını başa düşürəm”.

Müğənni toyunun mediaya qapalı olmasına aydınlıq gətirib:

"Sevindirici haldır ki, sənət dostlarım xoş günümüzə sevinir, foto çəkdirir paylaşırlar. Amma "medianı buraxmadı" ifadəsi kobud idi. Axı mən elə insan deyiləm. Toyda elə insanlar var idi ki, onların görüntülənməsinə icazə yoxuydu".

Foto: Ramin ASLANOV