Əməkdar artist Elza Seyidcahan “Diapazon” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, müğənni yenə də geyim tərzi ilə hər kəsi təəccübləndirib. Belə ki, ifaçı başına böyük kəpənək aksesuar taxıb.
Şairlik qabiliyyətindən danışan E.Seyidcahan uşaqlıqdan bu həvəsinin olduğunu bildirib:
"Mən indi şeir yazmıram. Uşaqlıqdan şeir qoşurdum, dəftərlərim də var. Musiqi məktəbinə getdim, dərslər çətin olduğundan şairliyi kənara qoydum".