Yumor ustası Fərda Xudaverdiyev şəhər gəzintisi zamanı fotokamermıza tuş gəlib.
Axşam.az-a açıqlama verən aktyor mayın 5-də baş tutacaq konsertindən bəhs edib. O, hazırlıqların artıq tamamlanmaq üzrə olduğunu bildirib:
“Səhnə dizaynı, işıqlar səviyyəli şəkildə olacaq. Çıxışım isə çox maraqlıdır. Bu stand-up üzərində 2,5 ildir çalışıram. Tamaşaçılar həqiqətən gülüş dolu anlar yaşayacaq”.
F.Xudaverdiyev ondan bilet istəyən tanınmışlara əsəbiləşib. O, yerlərin məhdud olduğunu, heç kimə hədiyyə bilet göndərə bilməyəcəyini söyləyib:
“Əgər böyük saray olsaydı, hamıya dəvətnamə göndərərdim. Amma bu konsert 400-500 nəfərlik zaldadı. Özü də bunun xərcini mən yox, “Artlemma” şirkəti çəkir. Konsertin bütün təşkilatçılıq işlərini onlar edib”.
Qeyd edək ki, “Selfinaz” adlı şou mayın 5-də Nizami Kino Mərkəzində baş tutacaq. Biletləri mərkəzin kassasından əldə etmək olar. Biletlər 100, 50, 30, 20 və 15 manat arasıdır.
Foto: Ramin ASLANOV