Müğənni Elvin Abdullayev bir neçə gün əvvəl Göygöldə əsgərlər üçün keçirilən konsertdə səhnəyə çıxıb.
Axşam.az-ın məlumatına görə, ifaçı konsertdən xoş təəssüratlarla qayıtdığını bildirib:
“Gənclər və idman nazirliyinin təşkilatçılığı ilə baş tutan konsert maraqlı keçdi. Əsgərlərimiz diplomlarla təltif olundu. Bu konsertimiz davamlı olacaq. Hər dəfə bir rayonda əsgərlərimiz qarşısında çıxış edəcəyik. Bu cür tədbirlərdə ürəklə iştirak edirik”.
E.Abdullayev konsertdən sonra gəzintiyə getdiklərini bildirib. İfaçı əsgərlərə konsert verən müğənniləri qınayanlara da cavab verib:
“Konsertdən sonra Xanlar rayonunu gəzdik. Çox gözəl yerlərdir. Bir çoxları deyir ki, müharibədir, əsgərlər nə hayda, müğənnilər gedib oxuyur. Amma elə deyil, biz ifaçıların onlara dəstəyi, ruh verməsi, gedib bir-iki mahnı oxuması, əsgərlərimizə stimul verir. Onların kefini açmaq bizim borcumuzdur. Onsuz dövlət onlara hər şeydə dəstəkdir".
Foto: Ramin ASLANOV