"Qızımı qapalı saxlayıram" - Roza+fotolar

"Qızımı qapalı saxlayıram" -  Roza+fotolar
7602 dəfə oxunub
  • A-
  • A
  • A+
“Toylara baxıb həvəslənirəm. İstəyirəm uşaqlarımın xeyir işi olsun. Amma övladlarım hələ ki, balacadılar”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Roza Zərgərli deyib. Sənətçi övladlarının ailədən əvvəl karyera qurmasını istədiyini bildirib:

“İlk istədiyim karyera qurmalarıdır. Qızımı qapalı saxlayıram, heç ona kiminsə elçi gəlməsinə də imkan yaratmıram. Öğlum üçün də elçi getməyi düşünmürəm. Qızım Bənövşə bu il 11-ci sinfi bitirir. Gözəl səsi var. Mənim sənətimi davam etdirməsini istəmirəm. Opera ifaçısı olacaq. Mən də ilk dəfə vokal ifaçısı olmuşam. Mən övladlarımla dostam. İnşallah gəlinimlə də, kürəkənimlə də dost olacam”.

Foto: Ramin ASLANOV