"Toppuş bacı" efirlərə çıxmaqdan imtina edib - fotolar

"Toppuş bacı" efirlərə çıxmaqdan imtina edib -  fotolar
6285 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Əliyeva efirlərə çıxmaqdan imtina edib.

Axşam.az-ın məlumatına görə, aktrisa bu haqda “10-dan sonra” verilişində deyib. O, bunun səbəbinin hamiləliyi olduğunu bildirib:

“Bu aralar efirlərdən uzaq olacam. Səhhətimlə bağlı olmaz. Sentyabrdan yenidən tamaşaçıların görüşünə gələcəm. Çalışıram ana olmaq mövzusundan danışmayıb. Bizi böyüklərimiz izləyir, ayıbdır. Allah hamıya ana olmaq qismət etsin”.

T.Əliyeva qayınanasının ünvanına təriflər yağdırıb:

“Qayınanam rayonda yaşayır. Onlara gedəndə mənə elə qulluq edir ki...”.

Foto: Ramin ASLANOV