Xalq artisti Gülyanaq Məmmədova geyimlərindən danışıb.
Axşam.az-a açıqlama verən müğənni həyat yoldaşının qadağalarından bəhs edib:
“Yoldaşım müasir insandır, qayınanam isə çox zövqlüdür. Həm də özüm nəyisə geyinəndə yüz dəfə fikirləşirəm, götür-qoy edirəm. Ona görə də yoldaşım bir söz tapıb, irad bildirə bilmir. Səhnədə mahnı oxuyarkən hər zaman uzun geyinmişəm. Amma həyatda istədiyimi geyinirəm: şalvar, qısa, idman stili. Amma həddimi aşaramsa, əlbəttə ki, yoldaşım fikrini bildirir. Həmişə də deyir ki, “40 yaşdan sonra qadın ağlını qaçırmasın, ona nəzarət lazımdı
(gülür).
Saçımı isə dəişmək istəmirəm. Xasiyyətim elədir ki, mahnımda dəyişiklik edə bilərəm, amma göünüşümdə yox. Bir ara sarıya boyatdırdım, saçlarım yandı, qısaldı. İndi yenidən uzatmağa çalışıram”.
Foto: Ramin ASLANOV