Teatda xeyriyyə aksiyası

Teatda xeyriyyə aksiyası
435 dəfə oxunub
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 83-cü ildönümü münasibəti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xeyriyyə aksiyası keçirilib.

Axşam.az-ın məlumatına görə, teatr məşhur Avstriya dramaturqu A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” tamaşasını aztəminatlı və imkansız ailələrin uşaqları üçün pulsuz nümayiş etdirib.

Tamaşada Nərimanov, Yasamal, Sabunçu, Suraxanı və Xətai rayon məktəblərində təhsil alan aztəminatlı ailələrin uşaqları və valideynləri iştirak ediblər.

Tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko (Ukrayna), quruluşçu rəssamı Yelena Karpenko (Ukrayna), baletmeyster Yekaterina Moreva (Ukrayna), tryukların quruluşu İsa Əsədova məxsusdur.

Rollarda əməkdar artist Nəsibə Eldarova, aktyorlar Vüsal Mehrəliyev, Anar Seyfullayev, Vahid Orucoğlu, Asya Atakişiyeva, Müşfiq Əliyev, Mehriban Hüseynova və başqaları çıxış ediblər.