"Eurovision 2016"nin rəsmi açılışı oldu - fotolar+video
Ölkə
10:31 / 09.05.16
7968dəfə oxunub
A-
A
A+
İsveçin paytaxtı Stokholmda “Eurovision 2016” müsabiqəsinin təmtəraqlı açılış mərasimi baş tutub.
Axşam.az-ın məlumatına görə, gecədə ölkə təmsilçiləri qırmızı xalçadan keçib.
Mərasimi ötən il İsveçi təmsil edən və birinci olan Mans Zelmerlou və müsabiqənin aparıcısı Petra Mede açıb.
Saat 19:00-dan başlayan mərasimdə təmsilçimiz Səmra Rəhimli 23-cü olaraq qırmızı xalçadan keçib. Yaşıl sinə dekolteli libası ilə diqqət çəkən müğənni media nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, “Eurovision 2016” mayın 10-dan 14-nə kimi baş tutacaq. S.Rəhimli yarışmada “Miracle” mahnısını səsləndirəcək.