"Gülşənə hər şeyim qurbandır" - fotolar

"Gülşənə hər şeyim qurbandır" -  fotolar
3963 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülşən və nişanlısı Ozan Çolakoğlu Nişantaşında fotokameralara tuş gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, dostları ilə bir araya gələn və əylənən cütlük daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Toy hazırlıqlarına başları qarışan musiqiçilərə bir-birilərindən özəl istəklərinin olub-olmaması soruşulub.

Çolakoğlu “Gülşən heç nə istəmir. Amma istəyərsə, ona hər şeyim qurbandır” cavabını verib.
 
Gülşənin barmağındakı tək daş brilyant da diqqətdən qaçmayıb. Brilyantın dəyərinin 150 min lirə (təxminən 77 min manat) olduğu öyrənilib.