ABŞ-ın Orlando şəhərində hər il olduğu kimi əlil əsgər və veteranlar üçün "Invictus Games" tədbiri keçirilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecənin əsas dəstəkçiləri Böyük Britaniya şahzadəsi Harri və ABŞ-ın birinci xanımı Mişel Obama olub. Onların səhnədə səmimi şəkildə görüşməsi gecənin maraqlı anlarından olub.
Mərasimdə ABŞ-ın keçmiş prezidenti Corc Buş, aktyor Morqan Friman, müğənni Ceyms Blant da iştirak edib.