Müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallı ilə birlikdə yaxın rəfiqəsi Humay Qədimovanın ad günü mərasiminə qatılıb.
Cütlük Axşam.az fotokamerası qarşısına keçərək şəkillər çəkdirib.
G.Zeynallı adının brend olmasını deməsinin birmənalı qarşılanmasına aydınlıq gətirib:
“Gülay adlı xanımlarımız çoxdur. Amma mən tanınıram, seçilirəm, nümunəyəm. Bizim sənətdəki bütün xanımların adı brenddir. Röya xanıma söz atdığım deyildi. O xanımla heç bir problemim yoxdur. Ad alanda ilk təbrik edənlərdən oldum. Heç vaxt adım qalmaqalda hallanmayacaq. Bu mənim aldığım tərbiyədən irəli gəlir. Mənim ailəm, sənətim, hörmətim var. Ona görə sağlam rəqabət aparıram”.
G.Zeynallı sənət adamlarının tamaşaçılara nümunə olduğunu deyib:
“Biz sənət adamları efirə çıxırıq. Bizə camaatın anası, övladı baxır. Ona görə də hər şeyə fikir veririk, nümunəyik”.
Müğənni yay istirahətinə hazırlaşdığını bildirib:
"Yayda hara gedəcəyimizə qərar verməmişik. Amma mütləq ailəmlə dincəlməyə yollanacam".
G.Zeynallı "Toylarda, tədbirlərdə prodüserimlə gedirəm. Amma özəl dəvətlərdə hər zaman həyat yoldaşım yanımda olur, bir gedirik" deyə, əlavə edib.
Foto: Ramin ASLANOV