"Pulsuzluğun üzü qara olsun" - Samirə+fotolar

"Pulsuzluğun üzü qara olsun" -  Samirə+fotolar
4543 dəfə oxunub
  • A-
  • A
  • A+
“Çəkilmişəm bir kənara. Məşqlərim, görüləsi işlərim var. Payızda maraqlı layihə olacaq. İstədim yayda təqdim edim, alınmadı”.

Bu sözləri Axşam.az-a açıqlamasında aşıq Samirə Əliyeva deyib. İfaçı madiyyatın azlığının layihələrini yarımçıq qoyduğunu deyib:

“Pulsuzluğun üzü qara olsun. Toyların azlığı büdcəyə təsir edir. Gedib kiminsə qapısını döyüb, kömək istəyəcək üzüm yoxdur. Deyərlər, oxuyursan, qazanırsan, özün də xərclə. Elə bilirlər sənət adamları qazanır, xalqı soyur. Biz hamının xoş gününə gedirik, ev yiyəsindən çox narahat oluruq ki, toy yaxşı keçsin. Devalvasiyadan sonra toylar azaldı. Əvvəl bir toya 3-4 müğənni çağırırdılar, indi bir nəfərlə kifayətlənirlər. Camaatda elə bilir ki, biz vergidən qorxub toylarımızı gizlədirik".

S.Əliyeva şəxsi həyatı ilə bağlı bir ara yayılan söz-söhbətlərdən danışıb:

“Şər-böhtan sevmirəm. Hamının ailəsi var, bilmədən niyə yazırlar? Bu hörməti qram-qram qazanmışam. Birinin çıxıb mənə ləkə yaxmasına icazə vermərəm. Düşünürəm ki, mənim düşmənim yoxdur. Amma bilmədim nə hadisə idi, hamı bir ara üstümə gəldi”.

Foto: Ramin ASLANOV