İlham Əliyev və xanımı ağac əkdilər - fotolar

İlham Əliyev və xanımı ağac əkdilər - fotolar
1309 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

Axşam.az-ın məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış olublar. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ərazidə ağac əkiblər.

Dövlət başçısı və xanımı ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.