Roza əsgərlər üçün konsert verdi - fotolar

Roza əsgərlər üçün konsert verdi -  fotolar
1490 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli Mingəçevir və Şəmkir rayonlarında yerləşən “N” saylı hərbi hissələrdə konsert verib.

Axşam.az-ın məlumatına görə, ifaçı bir saat davam edən tədbirdə sevilən mahnılarını oxuyub.

Təəssüratlarını bölüşən R.Zərgərli əsgərlərin önündə mahnı oxumaqdan zövq aldığını deyib:

“Əsgərlərin önündə mahnı oxumaq mənim üçün qürurvericidir. Buna görə də çox şadam. Biz evimizdə rahat yatan zaman onlar vətənimizin keşiyində dururlar. Bundan sonra da əsgərlərin önündə konsert verəcəyəm. Bunu özümə borc bilirəm. Mən də bir müğənni kimi vətən üçün canımdan keçməyə hazıram”.

Qeyd edək ki, R.Zərgərli Gəncə hərbiçilər evinin solistidir.