"Heç vaxt cırıq şalvar geyinmərəm" - fotolar

"Heç vaxt cırıq şalvar geyinmərəm" -  fotolar
2232 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Yaşar Yusub yorulduğunu deyib.

Axşam.az-a açıqlama verən sənətçi istirahətə hazırlaşdığını bildirib:

“Bu il lazımi qədər işlədim. Bu yaxınlarda iki yeni mahnı da təqdim edəcəm. Çox yorğunam. Bu yay bir az istirahətə yollanacam. Sentyabrdan yenə iş başına qayıdacam. Eyni zamanda idmanla ciddi məşğul oluram. Özümü həmişə tənqid edirəm. Adi köynək geyinəndə, yaraşmayanda başlayıram tənqidə. Bəlkə tamaşaçı məni kök də qəbul edir. Amma istədiyimi özümdə görməsəm, qəbul etmirəm. Gündəlik həyatda geyimləri özüm seçirəm. Amma hərdən stilist dostlarım məsləhət verir”.

Y.Yusub özünə qoyduğu qadağaları etiraf edib:

“Heç vaxt cırıq şalvar geyinmərəm. Bu mənim yaşıma, adıma, sənətimə yaraşmır. Hansısa konsertdə lazım olarsa, uzun şortik, pencək geyinib səhnəyə çıxaram. Elə verilişlər, tədbirlər var ki, ora getmirəm. Özümə bunu eyib bilirəm”.

Foto: Ramin ASLANOV