Azərbaycanlı müğənni ukraynalı gözəli klipinə çəkdi - fotolar+video

Azərbaycanlı müğənni ukraynalı gözəli klipinə çəkdi  -  fotolar+video
5396 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Fərhad Bakinski yeni klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, “Vozmi menya s soboy” adlanan mahnının sözləri və musiqisi sənətçinin özünə məxsusdur.

Tanınmış ifaçı klipində ukraynalı model Darina Prihodkonu çəkib. Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə olunub.

F.Bakinskinin  “Vozmi menya s soboy”da rok qrupu da müşayiət edib. Çəkilişlərin bir hissəsi İçərişəhərdə baş tutub.

Bir-birinin ardınca yeni mahnılar təqdim edən F.Bakinski növbəti klipinin hazırlıqlarına başlayıb. O, bu dəfə də əcnəbi modelə müraciət edəcəyini deyib:

"Heydər Əliyev Sarayında baş tutan ilk solo konsertimin video çarxı hazırlanıb. Bu yaxınlarda efirlərdə nümayiş olunacaq. payızda isə ikinci solo konsertim baş tutacaq".