Azərbaycanlı aktrisa anası ilə kinoteatrda - fotolar

Azərbaycanlı aktrisa anası ilə kinoteatrda -  fotolar
3041 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəyə köçən azərbaycanlı aktrisa Könül Nağıyeva bir neçə günlük Bakıya qayıdıb.

Axşam.az-ın məlumatına görə, aktrisa rol aldığı “Kızkaçıran” filminin təqdimat mərasiminə qatılıb.

Gecəyə anası ilə birlikdə gələn K.Nağıyeva yeni imiciylə diqqət çəkib. Belə ki, aktrisa saçlarını kəsdirib və tünd qara rəngə boyatdırıb.

“Dəyişiklik istədim. Ustama dedim, cavanlaşmaq istəyirəm, fərqli nəsə et. O da bunu etdi və bəyəndim” deyə, aktrisa bildirib.

K.Nağıyeva geyimlərindən də söz açıb:

“İnsan hər zaman fərqlənməlidir. Bunu başqaları yox, özün üçün etməlisən. Özümü hansı geyimdə rahat hiss edirəmsə, o cür də geyinəcəm. Geyimlərimi hər zaman özüm seçirəm”.